Şurabad qəsəbəsində turizm kompleksi tikiləcək

Azərbaycanın “RUN Construction and İnvestment Company” şirkəti “All Seasons Center”in (Bütün fəsillər) adlı layihəni həyata keçirməyi nəzərdə tutur. Bu barədə şirkətin baş direktoru Ramil Kərimli  bildirib. O deyib ki, “All Seasons Center”də ilin 4 fəslini əks etdirən qapalı məkanda qış və yay turizminə məxsus infrastrukturun qurulması planlaşdırılır.

Layihənin inşası Xızı rayonu ərazisində Şurabad qəsəbəsində nəzərdə tutulub. 200 hektar ərazidə gündəlik 10.000 qonaq qəbul etmək gücündə olan möhtəşəm kompleks ümumi sayı 10 olmaqla dörd  5 ulduzlu və altı  4 ulduzlu oteldən ibarət olacaq.

 Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında