Aqrar sahənin texniki təminatı diqqət mərkəzindədir

Kənd Təsərrüfatı Nazirliyində keçirilən geniş kollegiya iclasında keçən il ölkəyə 10 mindən çox texnika gətirildiyi bildirilib. Qeyd edilib ki, aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün bu il də kifayət qədər vəsait ayrılıb. İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynların gətirilməsi ilə bağlı müqavilələr bağlanıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında daha sonra deyilir ki, iclasda aqrar sahənin texniki təminatında Gəncə Avtomobil Zavodu da mühüm rol oynayır. Artıq 1000-dən çox traktorun alınması ilə bağlı bu zavodla müqavilə bağlanılıb. Həmin traktorlar üçün 700 ədəd qoşqunun sifariş verilməsi isə on gün ərzində təmin olunacaq. 

Kollegiya iclasında güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılacağı da diqqətə çatdırılıb. Qeyd edilib ki, indiyədək 100 manat dəyərində gübrə güzəştlə satılırdısa, bundan sonra həmin məbləğ 150 manatadək artırılacaq. Bununla bağlı aidiyyəti qurumlara təkliflər göndərilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında