Xarici ölkələrə ixrac missiyası

İndiyədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 10 xarici ölkəyə - Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, ötən il “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə 5 beynəlxalq sərgidə - “Gulfood 2017”, “Prowein”, “ANUGA”, “Worldfood Moscow 2017” və “Honqkonq Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə ölkə sahibkarları vahid stendlə iştirak ediblər. Bu cür missiyalarda sahibkarlar öz potensiallarını nümayiş etdirmək imkanı da qazanırlar. Sahibkarlar rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız haqqında, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verir və əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Qeyd edək ki, bu il oktyabrın 21-də Parisdə keçiriləcək “SIAL Paris - Qida məhsulları sahəsində biznesin təşviqi” adlı sərgidə Azərbaycanın qida məhsulları da nümayiş olunacaq. İl ərzində “Made in Azerbaijan” brendi altında yerli məhsulların xarici ölkələrdə təşviqi istiqamətində bir sıra missiyaların və sərginin təşkili nəzərdə tutulub. Bununla bağlı Tədbirlər Planı hazırlanıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında