Abşeron Aqroparkı Berlin sərgisində

“AS Group Investment” şirkətlər qrupuna daxil olan “AS Agro Co.” şirkəti ötən həftə Almaniyanın paytaxtı  Berlində açılan "Fruit logistica" beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir.

Bu barədə şirkətdən mediaya verilən məlumatda deyilir ki, qurum beynəlxalq sərgidə Hövsanda yerləşən “Abşeron Aqro Parkı”nın məhsulları ilə təmsil olunub.

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. Hövsanda hazırda pomidor və çiyələk istehsal olunur və bu məhsulların yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3 500 nəfərədək şəxs işlə təmin ediləcək.

Əlavə edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim edilir. Berlin sərgisində 84 ölkədən 3 200-ə yaxın şirkət iştirak edir.

 

Hazırladı: T. AYDINOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında