Moody’s Azərbaycanda iqtisadi prosesləri müsbət qiymətləndirib

Moody’s beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda gedən iqtisadi proseslər müsbət qiymətləndirilib. Adı çəkilən agentliyin ekspertlərinin gəldikləri qənaət bundan ibarətdir ki, Azərbaycanda iqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar ortamüddətli və uzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın güclənməsinə və genişlənməsinə xidmət edəcək.

Xatırladaq ki, agentlik Azərbaycan iqtisadiyyatındakı sektorları ayrı-ayrılıqda dəyərləndirib, turizmi, beynəlxalq yükdaşımaları ayrıca xarakterizə edib və bu sahələrdən əldə edilən vəsaitlərdə artım olacağını proqnozlaşdırıb. Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində hökumətin apardığı islahatları və təşviqedici siyasəti müsbət dəyərləndirib.

Hesabatda bildirilir ki, 2016-cı ilin dekabrından qüvvəyə minən Strateji Yol Xəritələrində qeyd edilən sahələr arasında daha çox turizm, nəqliyyat və logistika inkişaf edib. Turizm infrastrukturunun inkişafı növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacaq. Bundan başqa, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir. Limanın birinci mərhələsi 2018-ci ilin ortalarında istifadəyə veriləcək. Yeni liman azad ticarət zonasında yerləşməklə Bakının beynəlxalq hava limanı və dəmir yollarını əhatə edəcək. Nəticədə  Azərbaycanın nəqliyyat infrastrukturu Rusiya, Gürcüstan və Türkiyə (Bakı-Tbilisi-Qars), eləcə də İranla birləşməklə daha da inkişaf edəcək.

Sənəddə o da qeyd olunur ki, Azərbaycan hökumətinin şaxələndirmə planları fiskal xərclər hesabına başa gələcək. Vergi və gömrük təşviqatı qeyri-neft sektorunun inkişafının bir hissəsidir. Qiymətləndirməyə görə, təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərcləri 2017-ci ildə ümumi daxili məhsulun 5 faizinə bərabər olub.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında