Bu il Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları istehsala başlayacaq

Prezident İlham Əliyevin 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində ölkə sənayesinin yüksəlişinin prioritet istiqamətləri öz əksini tapıb. Dövlət başçısının 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu gün ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye müəssisələrinin yaradılması davam etdirilir.

Hazırda 180 min ton istehsal gücünə malik Polipropilen və 120 min ton gücə malik Yüksək Sıxlıqlı Polietilen zavodlarının tikintisi həyata keçirilir.

Cari il işə başlayacaq həmin müəssisələrdə istehsal ediləcək məhsulların 70 faizi ixraca yönəldiləcək. Bu layihə Azərbaycanda kimya sənayesinin inkişafında lokomotiv rolu oynayacaq ki, bu da kiçik və orta sahibkarlığa təsir baxımından çox önəmlidir.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında