Azərbaycan neftçilərinin təcrübəsindən dünya ölkələri bəhrələnir

 Azərbaycan Dövlət Neft Şirkətindən aldığımız məlumata görə, quru sahəsindəki Balaxanı-Sabunçu-Ramana yatağı 1871-ci ildən istismar olunur. Bu yatağın işlənməyə başlanması nəticəsində əsası 1848-ci ildə qoyulmuş Azərbaycan neft sənayesinin daha sürətli inkişaf dövrü başlanmışdır.


"Neft Daşları" yatağı isə 1949-cu ildən istismar edilir. Məhz  bu yatağın işlənməsi ilə dünyada ilk dəfə açıq dənizdə neft çıxarılmağa başlanmışdır. Azərbaycan neftçilərinin uzun illər ərzində topladığı nəzəri-praktiki biliklər təkcə ölkəmizin  deyil, həm də dünyanın bir sıra ölkələrinin neft sənayesinin yaradılmasına və inkişafına mühüm töhfələr vermişdir.

Hazırda "Azneft" İB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. Bu idarələrə aid yataqlarda 5700-ə qədər quyu istismar olunur. Çoxsaylı texnoloji qurğular, müxtəlif təyinat və çeşidli boru kəmərləri, nasos, kompressor və elektrik stansiyaları, digər kommunikasiya və infrastrukturlar neft-qaz hasilatının texniki-iqtisadi səmərəliliyini təmin edir.

"Azneft" İB-nin tərkibinə daxil olan iki yeraltı qaz anbarı mövsümdən asılı olmayaraq ölkənin qaz təchizatının sabit  və etibarlı təminatında mühüm rol oynayır. Hazırda regionların qaz təchizatının yenidən qurulduğunu və SOCAR tərəfindən qaz ixracının artırıldığını nəzərə alaraq, hər iki yeraltı qaz anbarının genişləndirilməsi və modernləşdirilməsi istiqamətlərində ciddi layihələr həyata keçirilir.


Baş direktor  Daşqın İskəndərov  dedi ki, SOCAR-ın  "Azneft" İstehsalat Birliyi hazırda Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında