“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin regional inkişaf layihələri

 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr” mövzusunda müşavirəsi keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib ki, cəmiyyət idarəçiliyində olan mənzil tikinti kooperativlərinin fəaliyyətlərini bərpa edəcək. “Azəralüminium” ASC-nin Sumqayıt Alüminium Zavodunun yenidən qurulması və işə salınmasının nəzərdə tutulduğunu deyən baş direktor “CTS-AGRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Şəki İpək” ASC-nin, “Azər Şüşə” MMC-nin balansında olan şüşə zavodunun, “Inter Tobacco” MMC-nin istehsal imkanlarının artırılması istiqamətində işlər görüldüyünü söyləyib.

Sadalanan tədbirlər öz növbəsində nəzərdə tutulan islahatları əhatə edən müəssisələrdə işçi qüvvələrinə də ehtiyac yaradacaq ki, bu da ölkə başçısının işsizliyin qarşısının alınması ilə bağlı tapşırığının icrasına xidmət edəcək.

    “Det-Al alüminium” MMC-nin baş direktoru Sərxan Babayev, “GTS-Aqro” MMC-nin baş direktor əvəzi Zakir Əzimov, “Şəki-İpək” ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, “Inter Tobacco” MMC-nin direktoru Fazil Rüstəmov, “Inter Textile” ASC-nin idarə heyətinin sədri Şakir Musayev və “Inter Glass” ASC-nin idarə heyətinin sədri İlal Əhmədov ötən dövr ərzində üzləşdikləri problemlər, onların həlli yolları və qarşıda duran vəzifələrin icrası ilə bağlı müzakirələr aparıblar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında