BP: İlin sonunda neftin bir barelinin qiyməti 50-55 dollar olacaq

BP şirkətinin 2017-ci ildə gəlirləri iki dəfədən çox artaraq 6,2 milyard dollara çatıb. “APA-Economics”in məlumatına görə, bunu BP-nin maliyyə direktoru Brayan Gilvari “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin yüksəlməsi, həmçinin neft və qaz hasilatının artmasıdır. Bu da şirkətə səhm alışı həyata keçirməyə imkan verib.

O bildirib ki, 2018-ci ildə neftin bir barelinin qiyməti 50 dollar olacağı halda gəlir əldə edə biləcək: “Şirkətin bütün il ərzində istehsalı 12 faiz artaraq gündəlik olaraq 2,47 milyon barelə çatıb. Buna səbəb isə 2017-ci ildə BP-nin 7 yeni neft və qaz yatağını istismara verməsi olub. Ötən il BP-nin emal və ticarətdən əldə etdiyi gəlirləri də 7 milyard dollara qədər artıb. 2017-ci ilin dördüncü rübündə şirkətin pul axını 6,2 milyard dollara qədər artıb”.

B.Gilvari bildirib ki, ötən ilin dördüncü rübündə şirkətin mənfəətinin qiymətləndirməsindən sonra xalis mənfəəti 2,1 milyard dolları ötüb. Bu da analitiklər tərəfindən verilən 1,9 milyard dollarlıq proqnozdan çoxdur. Şirkətin bütün il üzrə kapital xərcləri 16,6 milyard dollara çatıb ki, bunun da 2021-ci ilə qədər saxlanılması planlaşdırılır.

B.Gilvari qeyd edib ki, bu ilin yanvar ayında neftin qiymətinin ciddi artımına və üç illik maksimuma çatmasına baxmayaraq, ilin sonunda neftin bir barelinin qiymətinin 50-55 dollara qədər azalacağı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında