Gömrük Komitəsi tərəfindən Elektron Hökumət Portalı üzərindən 11 elektron xidmət təqdim olunur

Gömrük Komitəsi tərəfindən Elektron Hökumət Portalı üzərindən 11 elektron xidmət təqdim olunur.

bu barədə fevralın 2-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham ) üzvləri üçün təşkil etdiyi işgüzar naharda deyib.

Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150 qonaq iştirak edib.

AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova qonaqları salamlayaraq işgüzar nahara əsas natiq qismində dəvət edilən Aydın Əliyevə iştirakı üçün minnətdarlıqlarını ifadə ediblər.

Aydın Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar hesabına qeyri-neft sektorunun inkişafından, ölkəmizin ixrac potensialının sürətli artımından, 2017-ci ildə gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və bu tədbirlərin ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına təsirindən danışıb. Eyni zamanda, ötən il gömrük xidmətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə, innovasiya layihələrinin tətbiqi, elektron xidmətlərin təşkili və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.

Görüşdə ötən il ərzində Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas prioritet sahələrindən biri kimi, elektron gömrük xidmətlərinin inkişaf etdirilməsindən də bəhs olunub. “Qeyd etmək istərdim ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib və  Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb. Hazırda Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlara və sahibkarlara Elektron Hökumət Portalı üzərindən 11 elektron xidməti təqdim olunur”, - deyə Aydın Əliyev bildirib.

Həmçinin, Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olduğu bir daha vurğulanıb, ötən il komitə rəhbərliyinin yerli və xarici iş adamları ilə keçirdiyi bir sıra görüşlər, gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərin özəl sektorun çevik və səmərəli fəaliyyəti üçün yaratdığı mühüm imkanlar barədə məlumat verilib.

Aydın Əliyev Palata tərəfindən hökumət və biznes ictimaiyyəti arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkənin biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan səmərəli işləri müsbət qiymətləndirib.

Qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan tədbirin sonunda komitə sədri tərəfindən palata üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC  tərəfindən  təqdimatlar keçirildi. Tədbirdə ölkəmizin paytaxtının arxitekturası üzrə tanınmış mütəxəssis Fuad Axundov tərəfindən təqdimat keçirilib.

Qeyd edək ki, palatanın təşəbbüsü olan və AmCham Azərbaycan tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 260-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.

 

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında