“Deutsche Wirtschafts Nachrichten”: Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir

Almaniyada çıxan “Deutsche Wirtschafts Nachrichten“ qəzetində “Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir” sərlövhəli məqalə dərc edilib.

məqalədə “Cənub Qaz Dəhlizi” layihəsi barədə oxuculara geniş məlumat verilir. Diqqətə çatdırılır ki, layihə üzrə işlərin 80 faizi tamamlanıb.

Qəzet Oilprice.com saytına istinadla yazır ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropanı birləşdirən ən böyük infrastruktur layihələrindən biridir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya nəqli nəzərdə tutulur.

“Deutsche Wirtschafts Nachrichten“ nəşri bir məqamı xüsusi vurğulayır ki, Avropanın qaz istehlakı son illərdə durmadan artır və Avropa İttifaqı qaz idxalını şaxələndirmək istəyir. Avropaya təbii qazın ixracından, eyni zamanda, Azərbaycan özü də böyük gəlirlər əldə edəcək. Çünki qaz sektoru ölkə ÜDM-də mühüm paya malikdir.

“Avropanın təbii qaza tələbatı növbəti on ildə də artmaqda davam edəcək. Belə ki, Niderland və Böyük Britaniya qaz ixrac edən ölkələrdən idxalçı ölkəyə çevrilməkdədir. Norveç isə dənizdə yeni neft və qaz layihələrini donduracaq. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacaq”, – deyə məqalədə qeyd olunur.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında