“Şahdəniz" yatağından indiyədək 88,5 milyard kubmetr qaz hasil olunub

Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz ixracatçısı kimi tanınmışdır. İndiyədək “Şahdəniz” yatağından təxminən 88,5 milyard kubmetr qaz, təqribən 22 milyon ton kondensat çıxarılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci ildə yanacaq-energetika kompleksində fəaliyyətə dair hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında tərəfdaşlarla müzakirələr aparıb və “Neftçilər günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb.

Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard ABŞ dolları həcmində bonus ödəniləcəyi müəyyənləşib: "Növbəti 32 il müddətində AÇG-yə 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. SOCAR-ın AÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% olacaq".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında