Pərakəndə ticarət dövriyyəsi haqqında

  2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 35,3 milyard manata bərabər olmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumtda bildirilir ki, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələmişdir.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ildə istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artmışdır.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında