“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: “Kriptovalyuta”

Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı işıq üzü görüb.

Jurnalın budəfəki sayı son zamanlar qlobal iqtisadiyyatın önəmli hissəsinə çevrilən, dünya ictimaiyyətində, eləcə də ölkəmizdə ən çox maraq doğuran elektron pullara – kriptovalyutaya həsr olunub. UNEC-in 27 eksperti kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil edib.

Jurnalda həmçinin elektron valyuta bazarının ən çox müzakirə olunan aparıcı valyutası “bitcoin”in iqtisadi mahiyyəti, hüquqi statusu, məzənnəsinin təyin olunması və emissiya mexanizmi haqqında ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.

“UNEC Ekspert”də blokçeyn texnologiyası və onun tətbiq istiqamətləri, inkişaf perspektivləri, kriptovalyutanın Azərbaycanda tətbiqi imkanları, bitcoin və blokçeynin təhlükələri, faydaları, kriptovalyutalar və konfidensial beynəlxalq pul köçürmələri, universitetlərin e-pul emissiya imkanları tam təsvir edilərək, fəlsəfi mahiyyəti açıqlanıb. Ekspert rəylərində virtual valyuta və ağıllı kontraktların təbiətinin öyrənilməsi, ümumi və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi, bu maliyyə alətinin üstünlükləri və riskləri təhlil edilib, geniş təsnifatı verilib.

Jurnalda ilk dəfə olaraq xarici ekspert araşdırmasına da yer ayrılıb. Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti Ruslan Makarov rəqəmsal iqtisadiyyatın hüquqi tənzimlənməsi, e-pul anlayışı, onun funksiyası barədə geniş məlumat verib. Ekspert kriptovalyutanın müxtəlif ölkələrdə tətbiqinin qısa müddətdə güclü iqtisadi inkişafa təkan verdiyi haqqında nümunələr göstərərək, onun müsbət nəticələrindən bəhs edib.

Elnarə Ömərova

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında