TAP konsorsiumu: “Avropa İnvestisiya Bankının TAP layihəsinə kredit ayırması üçün danışıqlar davam etdirilir”

“Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir”.

“APA-Economics”in məlumatına görə, bunu TAP Konsorsiumunun prezidenti Volter Pirer “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, EİB tərəfindən TAP-a 1,5 milyard avro həcmində kreditin ayrılması ilə bağlı qərar fevral ayında qəbul ediləcək.

Xatırladaq ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da Avropa İnvestisiya Bankı tərəfindən TAP layihəsinə 1,5 milyard avro məbləğində kreditin ayrılmasının gələn ilin fevral ayınadək təxirə salındığını bildirmişdi. O, bu addımın layihənin icrasına hələlik təsir etməyəcəyini qeyd etmişdi: "Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək".

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası ilə bağlı strateji məqsədlərində mühüm rol oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik nəql imkanı 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında