Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

2017-ci il ərzində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Bunu “APA-Economics”ə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, ötən il ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kVt/saat təşkil edib: “Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı su elektrik stansiyalarının payına düşüb”.

Babanlı bildirib ki, “Azərenerji”nin infrastruktur imkanları yüksək olsa da, su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması cari ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqədardır: “Bu dövr ərzində qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Azərbaycanda bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələr ölkə enerji sisteminin kompleks inkişafına gətirib çıxarıb. Bu, 2017-ci ildə də Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan “Azərenerji”nin səmərəli fəaliyyəti üçün stimul olub. “Azərenerji” öz funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməklə, tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, il ərzində enerji sisteminin təhlükəsizliyini diqqətdə saxlayıb”.

“Azərenerji” tərəfindən Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planı çərçivəsində elektrik enerjisinin texnoloji proseslərə uyğunluğunun təmin olunması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlər il ərzində davam etdirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında