SOCAR və Türkiyə Petrolları A.O. əməkdaşlığı genişləndirmək əzmindədir

Dekabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyə Petrolları A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin arasında görüş keçirilmişdir.

SOCAR-dan verilən məlumatda bildirilir ki, görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur. SOCAR prezidenti Rövnəq Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanda ilk xarici investorlardan biri olan TPAO şirkəti uzun müddət ərzində SOCAR-la ''Azəri-Çıraq-Günəşli'', ''Şahdəniz'', Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində uğurlu tərəfdaşlıq edir. Həmin layihələr çərçivəsində qazanılan nailiyyətlər bu gün də iki qardaş ölkənin iqtisadi yüksəlişinə xidmət edir.

Bildirilmişdir ki, SOCAR son illərdə öz fəaliyyətlərini şaxələndirərək, Azərbaycanla yanaşı, müxtəlif perspektivli xarici bazarlarda, o cümlədən qardaş Türkiyədə nəhəng layihələr həyata keçirməkdədir. TANAP, STAR neft emalı zavodu kimi layihələrin yaxın aylarda tamamlanması və gələn ildən etibarən istismara başlanılması nəzərdə tutulur. Bu da öz növbəsində Türkiyə ilə yanaşı SOCAR və Azərbaycanın gəlirlərinə müsbət təsir göstərəcək.

Türkiyə Petrolları A.O. şirkəti İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu söyləmiş, qeyd etmişdir ki, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi enerji layhələrində iştirakı, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələri hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında