Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir

Yaxın gələcəkdə Azərbaycanın inkişaf perspektivləri müsbətdir. 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin genişləndirilməsi ilə qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir. 

Bu barədə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi mətbuat üçün bəyanatında bildirib.  

2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün noyabrın 30-dan dekabrın 14-dək Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçi açıqlamasında qeyd edib ki, 2017-ci ildə aparılan fəal makroiqtisadi siyasət və neft qiymətlərinin artımı sayəsində Azərbaycan iqtisadiyyatında sabitləşmə müşahidə edilib. Qeyri-neft sektoru xidmət və kənd təsərrüfatı sahələrinin canlanması sayəsində genişlənməyə başlayıb.

Açıqlamada, həmçinin qeyd edilir ki, işsizlərə müavinətlərin verilməsi üçün yaradılan yeni sığorta fondunun, pensiyalarla bağlı həyata keçirilən islahatların, fəal əmək bazarı proqramlarına keçidin Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında müsbət irəliləyişlərə səbəb olub.

Bəyanatın sonunda missiya adından açıq və səmimi müzakirələr, qonaqpərvərlik üçün Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında