ADB Azərbaycan hökumətinə 250 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Direktorlar Şurası Azərbaycana 250 milyon dollar kreditin ayrılmasını təsdiq edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, kredit Azərbaycan hökumətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

“Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq”, - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan deyib.

“İdarəetmə və dövlət sektorunun səmərəliliyinin artırılması proqramı”nın birinci altproqramı Azərbaycanda fiskal konsolidasiya və iqtisadiyyatın diversifikasiyasına yönəlib. 2018-ci ildən həyata keçirilməsi planlaşdırılan ikinci altproqram isə birinci proqram çərçivəsində inkişafı möhkəmləndirəcək.

Qeyd edək ki, ADB-yə üzv olduğu 1998-ci ildən bu günə qədər Azərbaycana 4,1 milyard dollar məbləğində qrant və kreditlər ayrılıb.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında