“Gilan Holding”in stendi “RecExpo”da böyük maraq doğurub

“Gilan Holding” III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) uğurla iştirak edib.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, 28-30 noyabr tarixlərində keçirilən sərgidə həm yerli, həm xarici ziyarətçilər “Gilan Holding”in stendinə böyük maraq göstəriblər.

Sərgi iştirakçıları “Gilan Holding”in artıq həyata keçirdiyi, inşasını hələ davam etdirdiyi və reallaşdırmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olublar.

Onların diqqətini, əsasən, “Crescent” və “Gilan
Towers” layihələri cəlb edib. Sərgi iştirakçıları digər yaşayış komplekslərinə (“Mirvari Park”, “Premier Residence”, “Lökbatan Residence”) də aid suallar verib, “Gilan Holding”in mütəxəssislərinin köməyilə bütün lazımi məlumatları əldə ediblər.

Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri olan “RecExpo”da yerli və xarici əmlak, tikinti və investisiya şirkətləri iştirak edirlər. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan sərmayələrin həcminin artırılmasıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında