Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” ümumdünya sərgisi üçün əsas hazırlıqlardan biri hesab olunan 2-ci beynəlxalq iştirakçılar toplantısı (IPM – International Participants Meeting) keçirilib.

Toplantıda iştirakçı ölkələr “Ekspo 2020” ərəfəsində görülən işlər və gələcək planlar barədə çıxış ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın beynəlxalq sərgilərdə iştirak təcrübəsi, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla uğurla təmsil olunması barədə məlumat verib. İclas çərçivəsində Azərbaycan Respublikasının “Dubay Ekspo 2020”də iştirakı haqda müqavilə imzalanıb.

“Dubay Ekspo 2020”nin baş direktoru və BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Al Həşimi planlaşdırma təqvimi üzrə əldə olunan nailiyyətlər və gələcək mərhələlər barədə danışıb.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Bizim üçün bu gün fikrimizi hazırlıq işlərinə yönəltmək və üç ildən sonra dünyanı “Dubay Ekspo 2020”də qəbul etməyə tam hazır olmaq çox vacibdir”.

Qeyd edək ki, “Zehinləri birləşdirək, gələcəyi quraq” 2020-ci ildə keçiriləcək “Dubay Ekspo”nun əsas mövzusudur. 438 hektar ərazidə yaradılacaq beynəlxalq sərgidə 180 ölkənin iştirak edəcəyi və 25 milyon ziyarətçinin gələcəyi gözlənilir. “Dubay Ekspo” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-nə qədər davam edəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında