Maroş Şevçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malikdir

Belçikada səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Nazirlikdən bildirilib ki, Pərviz Şahbazov Avropa İttifaqının strukturları ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığın Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi prosesinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb. Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə məlumat verərək, Trans-Adriatik (TAP) qaz boru kəmərinin də vaxtında başa çatdırılacağına ümid etdiyini deyib.

Maroş Şevçoviç isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malik olduğunu qeyd edərək bildirib ki, Avropa Komissiyası bu layihəyə dəstəyini bundan sonra da davam etdirəcək.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Maroş Şevçoviçin dəstəyi ilə yaradılmış “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının indiyə kimi keçirilmiş iclaslarının layihənin icrası prosesinə müsbət təsirləri barədə söhbət açılıb. Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə keçirilməsi planlaşdırılan “Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası”na hazırlıq məsələləri müzakirə edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni Saziş layihəsinin enerji əməkdaşlığına aid hissəsi üzrə də müzakirələr aparılıb. Azərbaycanla Avropa Komissiyası, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qlobal enerji bazarında müşahidə edilən yeni trendlər ətrafında da geniş fikir mübadiləsi edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında