Yanvar-oktyabr aylarında 32 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artmış, neft sektorunda isə 5,9 faiz azalmışdır.

Dövlət ­Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 0,9 faiz, içkilərin istehsalı 24,7 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 68,4 faiz, geyim istehsalı 36,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 46 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1 faiz, tikinti materiallarının istehsalı 28,8 faiz, kompüter və elektron məhsulların istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 23,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,1 faiz, mebel istehsalı 14,1 faiz artmış, tütün məmulatlarının istehsalı 6,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9 faiz, kağız və karton istehsalı 1,3 faiz, poliqrafiya məhsullarının istehsalı 28,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında