Bakıda “Ziraat Bank Azərbaycan”ın baş ofisinin yeni binası istifadəyə verilib

Oktyabrın 31-də Bakıda Türkiyənin “Ziraat Bank”ının “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin yeni binası istifadəyə verilib.

Mərasimdə çıxış edən “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Azərbaycanda yeni baş ofisin yaradılmasının ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirdiyini bildirib. “Ziraat Bank”ın Azərbaycanın bank sektorunun inkişafına təkan verəcəyini deyən H.Aydın əmin olduğunu bildirib ki, bankın ölkəmizdəki filialı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Sonra bankın reklam çarxı nümayiş olundu.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov müstəqillik illərində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, bank sektorunda da uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələri xatırladan Elman Rüstəmov qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirir.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bankın yaranma tarixindən danışıb. O, Türkiyənin iqtisadi inkişafında bankların mühüm rol oynadığını bildirib. Türkiyəli nazir ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin genişlənməsində bankların fəaliyyətini vurğulayıb. Qeyd edib ki, türkiyəli iş adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər.

Sonra yeni bina ilə tanışlıq oldu. Binada işçilərin çalışması, istirahəti, həmçinin müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. 154 illik fəaliyyət tarixi olan bankın 2015-ci ildən ölkəmizdə filialı var. Yeni ofis binasının açılışı ilə Türkiyənin bu maliyyə qurumu ölkəmizdəki fəaliyyətini daha da genişləndirir. “Ziraat Bank”ın 18 ölkədə 88 törəmə bankı, filial və nümayəndəlik ofisi var. Bankın baş ofisi Ankarada yerləşir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında