Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax–Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.

 SOCAR-dan verilən məlumatda deyilir ki, ezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə cari ilin aprel ayından aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işləri görülüb. Bu il üçün nəzərdə tutulumuş çöl işləri uğurla başa çatdırılmışdır. Əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir.

Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaqdır. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.

Samirə ƏLİYEVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında