SOCAR kəşfiyyat və hasilat sahəsində effektivliyin artırılması istiqamətində önəmli addımlar atır

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilmişdir.

SOCAR-dan verilən xəbərdə deyilir ki, yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun, geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də baş ofisin idarə və şöbə rəislərinin iştirak etdiyi tədbirdə hesabatın ekspertlər səviyyəsində müzakirəsi aparılmışdır.

Bildirilmişdir ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqayisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır. SOCAR və onun strukturuna daxil olan “Azneft” İstehsalat Birliyi işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanılması məqsədi ilə mütəmadi olaraq kapital qoyuluşu layihələri icra edir. Bundan əlavə, yaxın zamanlarda SOCAR tərəfindən “Qarabağ”, “Ümid”, “Babək” kimi perspektiv yataq və strukturların kəşfiyyatı, işlənilməsi və abadlaşdırılması, həmçinin “Abşeron” yatağının işlənilməsi və bu yatağın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilməsi kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur. SOCAR, məsuliyyətli neft-qaz yataqlarının operatoru rolunda, qarşısında qoyulan əməliyyat və kapital effektivliyinin artırılmasına yönəldilən tapşırıqlara uyğun olaraq, UIBC çərçivəsində aparılan tədbirlər nəticəsində korporativ portfelində olan kapital layihələrin daxili idarəetmə sisteminin monitorinq üsullarını tətbiq etmək, eləcə də yataqların işlənilməsinə yönəldilən kapital layihələrinin idarəetmə sisteminin xarici şirkətlər tərəfindən Azərbaycan Respublikasında və dünyada həyata keçirilən layihələrlə obyektiv müqayisəli təhlilini aparmaq üçün əlavə imkanlar əldə etmişdir.

Qeyd edək ki, SOCAR-ın baş ofisində, “Azneft” İstehsalat Birliyində, eləcə də “Neftqazelmitədqiqatlayihə” İnstitutunda UİBC çərçivəsində görülən işlərə dair silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə “Azneft” İstehsalat Birliyi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 7 , “Bulla dəniz” yatağındakı 6, “Qərbi Abşeron” yatağındakı 54 nömrəli özüllərin tikintisi hərtərəfli qiymətləndirilmiş, birliyin qarşısında duran yeni iri layihələr və bu layihələrin icrasına hazırlıq səviyyəsi müzakirə olunmuşdur. Bu tip işgüzar görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında