Azərbaycan ötən il postsovet ölkələrinə 2,4 milyard dollardan çox vəsait yatırıb

Üçillik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9 faiz artaraq 45,1 milyard dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının inteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.

Hesabatda bildirilir ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1 faiz artaraq 6,1 milyard dollara çatıb. Bu, 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.

Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.

Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59 faizi düşür.

MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 milyard dollardan çox birbaşa xarici investisiya yatırıb. Bu, 2015-ci illə müqayisədə 19,4 faiz çoxdur. “İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir”, - deyə sənəddə bildirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında