SOCAR Midstream Operations MMC-nin mütəxəssisləri EMERSON şirkətində treninq keçmişlər

SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssisləri EMERSON Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən treninqdə iştirak etmişlər.

SOCAR-dan verilən məlumatda bildirilir ki, təlim kursu EMERSON şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Jim Reekie tərəfindən aparılmışdır. EMERSON şirkəti neft və qaz sərfinin ölçülməsi, texniki və kommersiya, ətraf mühit və ümumi sənaye ölçmə sistemləri üzrə mühüm sertifikatlara malik şirkətlərdəndir.

Treninq müddətində mütəxəssislər sənayedə qaz sərfinin ölçmə qovşaqlarının konsepsiyaları, ölçü qovşağının iş prinsipi və ölçü qovşaqlarında audit yoxlamalarının aparılması üzrə bilik və təcrübələrə yiyələnmişlər. Kursun sonunda SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssislərinə EMERSON şirkəti tərəfindən Qaz Sərfinin Ölçülməsi və Ölçmə Stansiyalarının auditi üzrə sertifikatlar verilmişdir. Onlar hazırda Cənubi Qafqaz boru kəməri, gələcəkdə isə Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP boru kəmərlərinə məxsus Qaz Ölçmə Stansiyalarında qaz sərfinin ölçülməsi və audit yoxlamalarının sərbəst şəkildə həyata keçirilməsi üçün məlumat və təcrübələrə
yiyələnmişlər.                              

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında