“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutub

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına səbəb olub. Dünya İqtisadi Forumunun  “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə irəli gedərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a xəbər verir ki, bununla da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika,  Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin və Malayziya kimı ölkələrdən daha üstün mövqe tutub.

Ötən il açıqlanan “2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə 3 pillə irəliləmişdisə, yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləməyə nail olub. Bu,  ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin yüksək səmərəsindən xəbər verir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında