N.Nərimanov adına NQÇİ-nin istismar obyektlərində infrastruktur təkmilləşdirilir

 Dənizdəki neft-qaz yataqlarının abadlaşdırılması, yeni hidrotexniki qurğuların tikintisi, eləcə də mövcud infrastrukturun daha səmərəli istismar edilməsi istiqamətində mühüm işlər görülür, iş prosesində əməyin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır.

SOCAR-dan aldığımız məlumatda deyilir ki, bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunmuşdur. 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulmuş, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənmiş, əlavə işıqlandırma işləri görülmüşdür. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilmişdir.

332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulmuş, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və 1 ədəd xidmət meydançası quraşdırılmış, 1 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənmiş, əlavə işıqlandırma işləri həyata keçirilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyektlər istismara qəbul edilmişdir.                               

Samirə Əliyeva, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında