SOCAR Midstream Operations mütəxəssisləri Gürcüstan ərazisindəki ölçü qovşağı və kompressor stansiyalarında olmuşlar

SOCAR Midstream Operations şirkətinin mütəxəssisləri Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyasına səfər etmişlər.

SOCAR-dan verilən məlumatda bildirilir ki, səfər zamanı müəyyən edilmişdir ki, 81 saylı sahənin tikintisi üzrə 99,8 faiz yüksək inkişaf göstəricisi əldə olunmuşdur. Bildirilmişdir ki, oktyabrın 1-dən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcəkdir. Mütəxəssislərin qaldırdığı bütün suallara BP və podratçıları tərəfindən ətraflı cavab verilmişdir.

BP nümayəndələri bildirmişlər ki, TANAP boru kəmərinin ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur və cari ilin sonunda 81 saylı Ölçü Stansiyası tam şəkildə istismara hazır olacaqdır.

77 saylı Kompressor Stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77 faiz yüksək göstəricinin əldə edildiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilmişdir.                              

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında