TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsində işlərin 60 faizi yekunlaşıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından hasil olunacaq təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi davam etdirilir.

“APA-Economics” TAP konsorsiumunun yaydığı məlumata istinadən xəbər verir ki, ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin Yunanıstan və Albaniyadan keçən 765 kilometr hissəsinin 458 kilometri və ya 60 faizinin tikintisi artıq yekunlaşıb.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində mühüm rol oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Kəmərin fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub” qaz dəhlizi  QSC - 20 faiz , BP - 20 faiz , “Snam” - 20 faiz , “Fluxys” - 19 faiz , “Enagás” - 16 faiz , “Axpo” - 5 faiz


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında