Tütünçülük çox gəlirli sahədir

Son illər ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, xüsusilə aqrar sektorun, onun strateji əhəmiyyətli  sahələrinin dirçəldilməsi prioritet məsələlərdəndir. Tütünçülük hələ uzun illər öncə Azərbaycanda ənənəvi və ixracyönümlü sahələrdən olub. Son iki ildə bu sahənin daha da inkişaf etdirilməsinə mühüm dövlət dəstəyi göstərilir.

Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq,  tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlərin həyata keçirilməsi bu sahə ilə məşğul olanları daha da ruhlandırıb.  Azərbaycan Prezidentinin rəhbərliyi ilə avqustun 4-də Qaxda keçirilən respublika müşavirəsinin nəticələrinin tütünçülüyün gələcək inkişafına böyük təsir göstərəcəyinə əmin idim. Həmin müşavirədə  Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsi bir daha prioritet vəzifələrdən biri kimi qarşıya qoyuldu və  bu sahənin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verildi.

Prezident İlham Əliyevin  müşavirədəki nitqində tütünçülüyün inkişafına dair xüsusi dövlət proqramının qəbul ediləcəyini diqqətə çatdırdı.  Üstündən heç bir həftə keçməmiş həmin dövlət proqramı qəbul olundu. Bu, biz fermerlərin ürəyincədir. Tütün istehsalçısı hər zaman əmin olmalıdır ki, min bir əziyyətlə yetişdirdiyi məhsul sahələrdə qalmayacaq və  həmin məhsulu  asanlıqla qəbul məntəqələrinə təhvil verəcək.  Son iki ildə onsuz da bu istiqamətdə problemlə üzləşmirik. Çünki qəbul məntəqələrində hər cür şərait yaradılıb. Mən bu il 20 hektar sahədə tütün yetişdirmişəm. Bu vaxta qədər 50 ton məhsul təhvil vermişəm və heç bir problemlə üzləşməmişəm.

Dövlət  proqramının qəbul edilməsi bizdə yetişdirəcəyimiz məhsulun asanlıqla  təhvil verilməsində tam  əminlik yaratdı. Fermerlər təhvil verdikləri məhsulun pulunun alınmasında  da problemlə üzləşməyəcəklər. Çünki dövlət proqramı ilə əlaqədar təşkilatların qarşısında konkret vəzifələr qoyub.  Bu proqram, həmçinin on minlərlə yeni iş yerinin açılmasına şərait yaradacaq.

Ceyhun TAHİRLİ,
Balakən rayonu,
 fermer


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında