Altı ayda 21,8 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 30 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5 faiz, geyim istehsalı 49 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3 faiz, kağız və karton istehsalı 0,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3 faiz, tikinti materiallarının istehsalı 38,3 faiz, kompüter və elektron məhsulların istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı 69 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,3 faiz, mebel istehsalı 26,1 faiz artmış, tütün məmulatlarının istehsalı 23,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 43,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında