Müşavirədə kənd təsərrüfatının prioritet istiqamətlərindən söhbət getdi

Son illərdə respublikamızda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Bütün bunlara görə ölkəmiz hazırda bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.

Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bununla bağlı dedi ki, ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilən nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə isə daha böyük nəticələr gözlənilir.

Bu müşavirə mənim həyatımda xüsusilə əlamətdar oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə keçən bu mühüm tədbirdə çıxış etmək şərəfinə mən də nail oldum. Müşavirədə fərəh hissi ilə bildirdim ki, ötən il tütün əkənlər bu il əkin sahələrini xeyli genişləndiriblər.  Elə bizim təsərrüfatda da xeyli artım var. Belə ki, əgər keçən il 65  hektar sahədə tütün əkmişdiksə, bu il əkin sahəmizi dövlətin güzəştli kreditlərindən istifadə etməklə 110 hektara çatdırmışıq. Artıq cari ilin məhsulunun yığımına başlamışıq və “Azərtütün” Məhdud Məsuliyyətli Cəmiyyətinin köməyi ilə tütünün tədarükü yüksək templə aparılır.

Bu gün qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi olduğunu vurğulayan dövlətimizin başçısı, eyni zamanda, diqqətə çatdırdı: “Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib, başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.

Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, dünya iqtisadiyyatında baş verən hadisələr bu gün aqrar sektorda da fəallığı artırmağı, qlobal çağırışlara adekvat reaksiya verməyi, çevik və cəld qərarlar qəbul etməyi tələb edir. Məsələn, hazırda respublikamızda istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlbi üçün dünya təcrübəsi öyrənilərək hazırlanan qanun layihələrinin qəbulu torpaqlardan istifadənin səmərəliliyinin yüksəldilməsində və əkin dövriyyəsinə qaytarılmasında müstəsna rol oynayır. Çünki inkişaf edən ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdən biridir və bu, təbii ki, torpaqlardan səmərəli istifadə ilə bağlı olan ciddi məsələdir. 

Cənab İlham Əliyevin ərzaq təhlükəsizliyinə prioritet yanaşması təsadüfi deyil. Çünki dövlət başçısının dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarının uğurla reallaşdırılması kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. 

Telman HƏSRƏTOV,
Zaqatala rayonundakı “Dağlar”
kəndli-fermer təsərrüfatının rəhbəri,
müşavirə iştirakçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında