Altı ayda 18,6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

2017-ci ilin yanvar–iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artmış, neft sektorunda isə 7,2 faiz azalmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Emal sektorunda qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz, kompüter və elektron məhsulların istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı 84,2 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, mebel istehsalı 28,7 faiz artmış, tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında