“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları müzakirə edilmişdir

SOCAR-ın baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilmişdir.

SOCAR-dan verilən məlumatda deyilir ki, iclasda  yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company” şirkətinin layihə rəhbəri Otto van der Molen və hər iki şirkətin məsul mütəxəssisləri iştirak etmişlər.

İclasda “McKinsey&Company” şirkətinin hazırladığı “Mayak” layihəsi barədə ətraflı məlumat verilmiş, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilmişdir. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapmışdır. “McKinsey&Company” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınmış, 2018-ci il üçün yataqda hasilatın ən az 7 faiz artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılmışdır.

İclasda qeyd edilmişdir ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcəkdir.

Samirə Əliyeva,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında