“Günəşli” yatağında iki özül təmir olunur

SOCAR-ın “Neftqaztikinti” Tresti ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır.

SOCAR-dan verilən məlumatda bildirilir ki, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir. 3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir. İndiyədək özülüstü separator xətləri və texnoloji xətlər əsaslı təmir edilmiş, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmə dəyişdirilmişdir. Su səthindən 3 və 9 metrdən yuxarı hissələrdə elementlər yeniləri ilə əvəz olunmuşdur. Bundan əlavə, özüldə bir ədəd yeni gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulub.

11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin 50 faizindən çoxu görülmüş, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmələr dəyişdirilmişdir. Özülün su səthindən 3 və 9 metrdən yuxarı hissələrində elementlərin dəyişdirilməsi işləri davam etdirilir. Obyektdə “NBO” tipli qurğunun gediş yolunun təmiri həyata keçiriləcək.

Tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün standartlara əməl ­olunur.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında