“Made in Azerbaijan” brendinin təşviqi sahibkarların ixraca olan marağını artırır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində hazırda aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Dövlət başçısının  “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyətə başlayan  Azexport.az saytı bu baxımdan əhəmiyyətli missiya həyata keçirir. Bu gün adıçəkilən portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya nümayiş etdirir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli olan Azexport.az portalı “Made in Azerbaijan” brendini alıcılara yaxınlaşdırılır.

Adı çəkilən mərkəzin “İxrac icmalı”nın iyun sayında may ayı ərzində qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatlarının reallaşdırıldığı qeyd olunub. Mərkəzin mətbuat xidmətinin yaydığı məlumatda, həmçinin bildirilir ki, sözügedən dövrdə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 millimetrdən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı və digər məhsullardır.

Beş ay ərzində qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olub. İxrac əməliyyatlarında 1021 şirkət iştirak edib. Həmin müddətdə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

Yeri gəlmişkən, adı çəkilən portalda ixrac sifarişi daxil olan ölkələrin siyahısına Rusiya Federasiyasının başçılıq etməsi təsadüfi deyil. Belə ki,  “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin 15 faizinin bu ölkənin payına düşməsinin əsas səbəblərindən biri tarixən Azərbaycan məhsullarına Rusiyada tələbatın böyük olmasından qaynaqlanır. Bu isə onu göstərir ki, “Made in Azerbaijan” brendi Rusiyada kifayət qədər müsbət imicə malikdir.

“Azexport.az” portalının qeyri-neft sektoru üzrə isə ixracla bağlı may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dollarına çatıb. Bu ay ərzində ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub.

Ötən ay Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına, ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara, Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.

Ümumilikdə isə “Azexport.az” portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6,5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29,9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə, beş ay ərzində “Azexport.az” portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında