Beş ayda sənaye məhsulu istehsalı 3,9 faiz artmışdır

2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 9,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 3,1 faiz, içkilərin istehsalı 37,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 62,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 87,5 faiz, kağız və karton istehsalı 1,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22 faiz, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57 faiz, tikinti materiallarının istehsalı 41,4 faiz, ­kompüter və elektron məhsulların istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 18,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 24,4 faiz, mebel istehsalı 34,7 faiz artmış, tütün məmulatlarının istehsalı 38,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 58,8 faiz, poliqrafiya məhsullarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında