“Xəzər neft-qaz sərgi və konfransı” öz işinə başlayır

Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi “Xəzər neft-qaz sərgi və konfransı” öz işinə başlayır. Xatırladaq ki,  ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu möhtəşəm tədbir dünyanın əsas iqtisadi dairələrinin, neft-qaz sektorunda çalışan transmilli şirkətlərin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından  müstəsna rol oynayır. Eyni zamanda,  beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfransı  regionun və dünyanın neft sektorunu təmsil edən iri istehsalçı və təchizatçı şirkətləri, eləcə də aparıcı ekspertləri bir yerə toplamaq baxımından da diqqəti cəlb edir.

Beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı” bu sahədə fəaliyyət göstərən şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Adıçəkilən tədbirin böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri də dünya neft-qaz hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın bu sahədəki zəngin ənənələri, ölkə rəhbərliyinin sərgiyə, həmçinin neft sektorunun inkişafına göstərdiyi qayğı və diqqətdir. Bu və digər məsələlər barədə 24-cü beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfransa həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi.

“Iteca Caspian” şirkətinin regional direktoru Edvard Stroon bildirdi ki, regionun neft və qaz sənayesi üçün  xüsusi əhəmiyyət daşıyan  builki sərgi və konfrans 31 may-3 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Qeyd olundu ki, Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan “Xəzər neft-qaz sərgi və konfransı” 24 ildir ki, etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir. “Xəzər neft-qaz sərgi və konfransı”nın neft, qaz və energetika sənayesinin aparıcı simalarının görüş yerinə çevrildiyini diqqətə çatdıran E. Stroon dedi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il sərginin təntənəli açılış mərasimində iştirak etməsi isə onun yüksək statusunu bir qədər də möhkəmləndirir. Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR  sərgiyə son dərəcə mühüm dəstək göstərir, Iteca Caspian və onun Böyük Britaniyadakı tərəfdaşı “İTE Group” isə tədbirin təşkilatçıları qismində çıxış edirlər. Sərginin  təşkilatçıları Böyük Britaniyanın “ITE Qroup” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləridir.

 “Xəzər neft-qaz” sərgisinin  meneceri Tofiq Kərimov bildirdi ki, builki sərgidə dünyanın 30 ölkəsindən  240-dan artıq şirkət iştirak edəcək ki, onların da əksəriyyəti dünyanın neft sənayesini təmsil edən tanınmış şirkətlərdir. 24-cü “Xəzər neft-qaz” sərgisində dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir ki, onların da 200-ü xarici şirkətlərdir. Sərgi iştirakçılarının ümumi sayının 15 faizini debütantlar təşkil edir ki, onlar da əsasən ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələrin şirkətləridir.  Qeyd olundu ki, Azərbaycan bazarına yenicə daxil olmuş bir sıra xarici şirkətlər öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforması kimi istifadə etmək niyyətindədirlər. T. Kərimov bildirdi ki, şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi, boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bundan əlavə, sərgidə yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalar da nümayiş etdirilir. Sərgidə böyük sahəni isə kimya istehsalını və kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

Yeri gəlmişkən, sərginin keçirildiyi günlərdə “ Xəzər neft-qaz” konfransının da keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bu barədə jurnalistlərə məlumat verən “Xəzər neft və qaz konfransı”nın meneceri Aynurə Nəzərli bildirdi ki, iyunun 1-2-də “JW Marriott  Absheron” otelində keçiriləcək konfransda dünyanın 30-dan çox ölkəsindən 400-dən artıq nümayəndə iştirak edəcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 40 nəfərdən artıq aparıcı ekspert, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər mövzusunda məruzələrlə çıxış edəcəklər. Konfransın plenar iclası “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri” mövzusuna həsr olunacaq. Tədbir çərçivəsində, həmçinin “Əsas operatorların onşor (sahil) və ofşor (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi” “Azərbaycanda neft emalı və neft-kimya sənayelərinin cari vəziyyəti və inkişafı”, “Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan – Xəzər regionunun nəqliyyat-logistika qovşağı” və digər mövzularda diskussiyalar keçiriləcək.  Bundan əlavə, mütəxəssislər tədbir boyu kadr siyasəti və və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar istehlakçılarının öhdəlikləri, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulması, kadr ehtiyatının yaradılması və bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparacaqlar”. 

Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına da ətraflı cavab verildi.

Mirbağır YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında