2010-cu il rabitə və informasiya texnologiyaları sahəsi üçün uğurlu olub

{nl}

Azərbaycan Respublikasının dinamik sosial-iqtisadi inkişafı fonunda 2010-cu il ölkə iqtisadiyyatının digər sahələri kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektoru üçün də uğurlu olub. Belə ki, ilkin nəticələrə görə, ötən il ərzində bu sahədə əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3 faiz artaraq 1158,9 milyon manata çatıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
2010-cu ildə rabitə və informasiya texnologiyaları sahəsində bir sıra vacib işlər görülüb və mühüm uğurlar qazanılıb. Belə ki, regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb, ölkənin ən ucqar yaşayış məntəqələrində müasir tipli elektron ATS-lərin qurulması təmin edilib. Mobil abunəçilərin sayı 2010-cu ildə təxminən 1 342 880 nəfər artaraq 9 100 000 nəfərə çatıb və beləliklə də ölkədə "hər 100 nəfərə 100 mobil abunəçi" layihəsi uğurla icra edilib.
Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlılığının artırılması, optik şəbəkənin keçirtmə qabiliyyətinin genişləndirilməsi məqsədilə Siyəzən-Şabran-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırılıb. Dünya Bankının maliyyə dəstəyi ilə respublikada həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi 2010-cu ildə uğurla başa çatıb və yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.
Bundan əlavə, sahə üzrə həyata keçirilən tədbirlər çərçivəsində, mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən "AzDataCom" şəbəkəsinə ölkənin əksər rayonlarının qoşulması təmin edilib.
2010-cu ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar orbital mövqedən istifadə, peykin istehsalı və orbitə çıxarılması üzrə müqavilələr imzalanıb və beləliklə də ölkənin ilk peykinin 2012-ci ilin IV rübündə orbitə çıxarılması istiqamətində mühüm addımlar atılıb.
Bakı və Sumqayıt şəhərləri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri, Lerik və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılıb və bununla da respublika əhalisinin təqribən 50 faizinin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanlığı təmin edilib. Elektron imzanın təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müvafiq zəruri infrastruktur yaradılıb.
Həmçinin, 2010-cu ildə Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan və Gəncə şəhərlərində əlillər və korlar üçün regional informasiya texnologiyaları mərkəzləri yaradılıb.
İl ərzində internetin qiymətləri təqribən 50 faiz aşağı salınıb və bu dəyişiklik ölkədə internet qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı olması ilə nəticələnib.
2010-cu ildə "Xalq kompyuteri" layihəsinin yeni mərhələsinə başlanılıb və layihə çərçivəsində 10 000 orta və ali məktəb müəllimləri, tələbələr və şagirdlər güzəştli şərtlərlə və lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompyuterlər əldə edib. Görülən işlər nəticəsində əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 14-ə, internet istifadəçilərinin sayı 45-ə, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 12-yə çatıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında