“Darvin Bankası” yatağı üçün yeni platforma tikilir

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb.

SOCAR-dan verilən məlumatda bildirilir ki,  “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” trestidir.16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3480 kvadratmetr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, 1 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 3134 ton metal sərfi nəzərdə tutulub. Artıq özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. Hazırda “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.

Qeyd edək ki, 730 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında