Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Nümayəndə heyətinə Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin, "Ultra" tikinti və mühəndislik, "Samsung" inşaat və texnologiya şirkətlərinin məsul şəxsləri daxildir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci-Han və nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikanın statusu, iqtisadiyyatı, elm və təhsil müəssisələri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir. Muxtar respublikada ümumi daxili məhsul istehsalının 86 faizi özəl bölmənin payına düşür. İlk növbədə daxili bazarın tələbatı üçün məhsul istehsal olunur.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Burada taxılçılıq, meyvəçilik və tərəvəzçilik üstün istiqamət verilən kənd təsərrüfatı sahələrindəndir. Muxtar respublikanın ali təhsil müəssisələrində onlara uyğun mütəxəssislər hazırlanır.
Ali Məclisin sədri 2006-cı ildə Koreyanın Azərbaycan Respublikasında, Azərbaycanın isə Koreya Respublikasında səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini, bu əlaqələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etdiyini vurğulamış, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu bildirmişdir.
Səfir Li Ci-Han muxtar respublikaya səfərin Azərbaycanın bu qədim diyarı ilə tanışlıq xarakteri daşıdığını, Koreya Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarının perspektivlərini müəyyən etməkdən ibarət olduğunu bildirmiş, görüşə görə minnətdarlıq etmişdir.
Nümayəndə heyəti üçgünlük səfər çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, istehsal və mədəniyyət müəssisələri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında