Azərbaycan ilə İraq arasında birgə əməkdaşlıq haqqında sənəd imzalanmışdır

Noyabrın 10-da Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazirin müavini Abid Şərifov Azərbaycan ilə İraq arasındakı tarixi, mədəni əlaqələrin dərin köklərə malik olduğunu diqqətə çatdırmışdır. Bakıda İraq konsulluğunun sovet dövründən fəaliyyət göstərdiyini bildirən A.Şərifov bir çox İraq vətəndaşının Azərbaycanın ali məktəblərini bitirdiyini vurğulamışdır.
İqtisadi münasibətlərə toxunan Baş nazirin müavini Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsinin hazırda 50-60 milyon dollar təşkil etdiyini və bu rəqəmin ölkələrimizin potensialını əks etdirmədiyini demişdir. Bildirmişdir ki, iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir və əməkdaşlıq haqqında imzalanacaq sənəd bu əməkdaşlığın möhkəmlənməsi üçün təməl olacaqdır. A.Şərifov yeni iş imkanlarının yaradılması üçün müvafiq işçi qrupunun yaradılmasının da məqsədəuyğun olacağını demişdir.
İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkəmizin nailiyyətlərinə sevindiyini demişdir.
Qonaq İraqın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Bu səfərin əməkdaşlıq istiqamətində yeni yollar açacağını bildirən nümayəndə heyətinin başçısı İraqda sabitliyin bərqərar olunmasından sonrakı dövrdə dost ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyac olduğunu demişdir.
Şəfaəddin Məhəmməd Əl-Safi belə səfərlərdən sonra əməkdaşlığın müxtəlif sahələr üzrə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən ölkənin Baş nazirinin müavini Abid Şərifov, İraq tərəfdən isə ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi imzalamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında