Tikinti kompleksi inkişafdadır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də inkişaf edir. 2010-cu ilin doqquz ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 6,2 milyard manat və ya əvvəlki ildəkindən 15,2 faiz çox vəsait yönəldilmiş və onun 4,1 milyard manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 77,3 faizi daxili mənbələr hesabına təmin edilmişdir.
Sərf edilmiş sərmayələrin 50,4 faizi məhsul istehsalı, 49,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur.
Doqquz ayda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Naxçıvan şəhərində avtomobil zavodu, Lənkəran rayonunda konserv zavodu, çay və dondurma fabrikləri, Zaqatala rayonunda süd və tütün emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabad rayonunda Göytəpə su anbarı, şərab istehsalı sexi, Müalicə - Diaqnostika Mərkəzi və şahmat məktəbi, Biləsuvar rayonunda konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ rayonunda "Gilan" piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, avtovağzal binası, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində qranit-mərmər zavodu, "Dalğa Plaza" İş, "Park bulvar" ticarət, istirahət və sərgi mərkəzləri, Balakən rayonunda "Qubek" mehmanxanası, Ağdaş, Göyçay və Balakən rayonlarında olimpiya idman kompleksləri. ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 1,1 milyon kvadratmetr olan yeni yaşayış evləri, 9590 şagird yerlik ümumtəhsil məktəbləri, 155 çarpayılıq xəstəxana, növbədə 140 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 250 yerlik məktəbəqədər uşaq müəssisələri, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin 51,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 33,9 faizini büdcə vəsaiti, 3,2 faizini əhalinin xüsusi vəsaiti və 11,8 faizini digər vəsaitlər təşkil etmişdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında