Muxtar respublikada taxıl biçini davam etdirilir

“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilmiş, bol məhsul istehsalı üçün zəmin yaradılmışdır. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılmasına səbəb olmuş, bu ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilmişdir. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilmiş, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülmüşdür.  Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” toxumçuluq təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Böyükdüz kəndi ərazisində yeni suvarma sistemlərinin qurulması və ərazidə meliorativ tədbirlərin görülməsi hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Bu ilin məhsulu üçün 410 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilmişdir. Hazırda biçin işlərinin vaxtında və itkisiz aparılmasına xüsusi diqqət yetirilir. Bunun üçün əvvəlcədən müvafiq tədbirlər görülmüş, texnikalar hazır vəziyyətə gətirilmişdir. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 7 kombaynı cəlb olunmuş, mexanizator və kombaynçılar üçün lazımı şərait yaradılmışdır. Bu günə qədər 50 hektarda biçin işləri başa çatdırılmışdır. Məhsuldarlıq orta hesabla 24 sentnerdir.

Taxıl biçini ilə tanışlıqdan sonra Ali Məclisin sədri mexanizator və kombaynçılarla görüşmüşdür.

Ali Məclisin sədri demişdir ki, bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Torpaq mülkiyyətçilərinin texnika və su təminatı ilbəil yaxşılaşdırılır, əl əməyi yüngülləşdirilir. Muxtar respublikada əsas  ərzaq məhsulu olan taxılın istehsalına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir kombaynlar alınır. Bu da bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Kombaynçılar və mexanizatorlar yaradılan bu şəraitdən səmərəli istifadə etməli, məhsuldar işləməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, taxıl biçini vaxtında başa çatdırılmalıdır.

Ali Məclisin Sədri biçin kampaniyasını uğurla apardıqlarına görə kombaynçılara və mexanizatorlara təşəkkür etmişdir.

 

*   *   *

 

Ali Məclis sədrinin tapşırığına əsasən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasındakı ehtiyat kombaynlardan 2-i Şərur, 1-i isə Babək rayonuna verilmişdir.

Kəngərli rayonunun Böyükdüz kəndində yeraltı suvarma şəbəkəsi qurulur

Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur.

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı suvarma şəbəkəsinə baxmışdır.

Bildirilmişdir ki, yeraltı suvarma şəbəkəsi 400 hektar ərazini əhatə edir. Hazırda 231 hektarda bərpa işləri başa çatdırılmışdır. Ərazidə uzunluğu 2875 metr olan əsas boru xətti çəkilmiş, 455 hidrant qoyulmuş, sugötürücü və nəqledici boru xətləri yenilənmişdir. Həmçinin qapalı drenaj xətləri bərpa olunmuş, 3 min metr açıq və 1500 metr qapalı kollektor sistemi qurulmuşdur. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən vegetasiya müddətində ərazinin lazım olan miqdarda və tələb olunan keyfiyyətdə suvarılmasına imkan verəcəkdir.

Ali Məclisin sədri yeraltı suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə taxıl və qüvvəli yem bitkiləri əkininin aparılması, o cümlədən yaxınlıqdakı 2300 hektar sahədə yeni yeraltı suvarma şəbəkəsinin qurulması layihəsinin hazırlanması barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında