Neftin qiyməti qalxır

Yəmən münaqişəsi neft bazarına təsirsiz ötüşmür

 Agentliklər neft birjalarına istinad edərək yazırlar ki, Brent markalı Şimal dənizi qarışığının iyun ayı fyüçersləri üçün qiyməti 1,21 faiz qalxaraq bir barrel üçün 64, 22 dollara yüksəlmişdir. WTI markalı neftin may ayı fyüçersləri üçün qiyməti isə 1,49 faiz artaraq bir barrel üçün 56, 57 dollar olmuşdur.

 Əlbəttə, Yəmən münaqişəsinin gərginləşməsi ötən bazar ertəsi dünya neft bazarına təsirsiz ötüşə bilməzdi. Əsl müharibənin getdiyi ölkənin yerli informasiya agentlikləri xəbər verirlər ki, şiə məzhəbli hüseyni üsyançıları ilə fəaliyyətdə olan Prezident Əbd Rabbo Mansur Hadinin tərəfdarları arasında bazar günü davam edən şiddətli döyüşlərdə 100 nəfər həlak olub. Əd-Daliyə şəhəri ərazisində şiddətli döyüşlər davam edir.

Martın sonlarında Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasının hüseyni döyüşçü qruplaşmalarını havadan zərbə endirməklə məhv etmək üçün həyata keçirdiyi  “Qətiyyət fırtınası” əməliyyatı davam etməkdədir. Bu günlərdə BMT Yəmənin dinc sakinlərinin ağır vəziyyətə düşdüyündən narahat olduğunu bildirmişdir. Humanitar təşkilatların məlumatlarına görə, əhalinin qida məhsullarına, dərmanlara və yanacağa kəskin ehtiyacı var. Yəmən münaqişəsi başlayandan daxildə olan köçkünlərin sayı 150 min nəfəri keçib.

OPEK-in aprel ayının hesabatına görə, martda kartel neft hasilatını 1,21 milyon barrel artıraraq gündəlik hasilatı 31 min 488 min barrelə çatdırıb. Birinci rübün yekunlarına əsasən göstərici gündəlik 30,8 milyon barrel olmuşdu.  Beləliklə, OPEK özünün bəyan etdiyi kvotadan - gündəlik 30 milyon barreldən əlavə neft hasil edir.

Amerikanın “Baker Hughes” neft-qaz şirkətinin cümə günü yaydığı məlumatlar da “qara qızılın” qiymətinin qalxmasına öz müsbət təsirini göstərmişdir. Bir həftə ərzində, aprelin 17-ə ABŞ-ın qazma qurğularının sayı 34 ədəd və ya  3,44 faiz azalaraq 954-ə düşüb. İllik ümumi göstərici 47,8 faiz azalmışdır.  EY şirkətinin Asiya -Sakit okean regionu neft və qaz sektorunun rəhbəri Sanciv Qupta “Frans Press” agentliyinə bildirib ki, “Yəməndə münaqişənin eskalasiyası, ABŞ-da qazma qurğularının sayının aşağı düşməsi və bu ölkədə neft ehtiyatları haqqında kifayət qədər informasiyanın olmaması ona gətirib çıxarmışdır ki, qiymətlər əhəmiyyətli dərəcədə artır”.

Hazırladı: İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında