SOCAR-AQŞ “Günəşli’’ yatağında qazma işlərini davam etdirir

Bu günlərdə müəssisə  “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 344 saylı quyuda qazma işlərinə başlayıb. Xatırladaq ki, layihə dərinliyi 3150  metr təşkil edən yeni quyunun Fasilə Lay Dəstəsinə qazılması planlaşdırılır.

SOCAR-AQŞ-dən aldığımız məlumata görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə qazılan yeni quyudan plana görə gün ərzində  60 ton neft hasil olunacağı gözlənilir.

SOCAR-AQŞ, həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil vermək əzmindədir. Yeri gəlmişkən, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması, eləcə də qazma sahəsində digər iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli “yatağında yerləşən 11 saylı və “Ümid’’ yatağının 1 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır. Müəssisə, eyni zamanda, “Qərbi Abşeron”, “Bulla’’  və “Günəşli-7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

SOCAR-AQŞ MMC 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. Müəssisə dənizdə neft və qaz    quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, həmçinin yaxın zamanda API  Spec Q2 sertifikatını əldə etmək məqsədilə iş aparır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında