Potidə “Şahdəniz 2” qaz kəmərinin nəqliyyat terminalı açılmışdır

Potidə “Şahdəniz 2” qaz kəmərinin nəqliyyat terminalı açılmışdır.

Gürcüstanın hökumət rəhbərinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təntənəli açılış mərasimində iştirak etmişdir.

“Şahdəniz 2” layihəsi çərçivəsindəki terminal Azərbaycan və Gürcüstan ərazisindən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlığın daşınmasını təmin edəcək”, - deyə baş nazir qeyd etmişdir.

İ.Qaribaşvili “Şahdəniz 2” layihəsinin əhəmiyyətini xüsusu vurğulamışdır: “Bu, Gürcüstan və Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirən ən mürəkkəb və kompleks enerji layihələrindən biridir”.

“Şahdəniz 2” layihəsi çərçivəsində qaz hasilatının başlanması 2018-ci il üçün nəzərdə tutulmuşdur. 2018-ci ildə Türkiyəyə qaz tədarükünün başlanacağı gözlənilir, Avropa bazarına isə qaz 2019-cu ildə daxil olacaq.

Bütün layihənin dəyəri 28 milyard dollar qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında